Nyu Yorkda silahlı şəxs iki polis əməkdaşını qətlə yetirib

Nyu Yorkda silahlı şəxs iki polis əməkdaşını qətlə yetirib, sonra isə özünə atəş açaraq intihar edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, insident Bruklin rayonunda baş verib.

Tapança ilə silahlanmış 28 yaşlı İsmail Abdulla Brinsli (Ismaaiyl Abdullah Brinsley) polis maşınına yaxınlaşaraq asayiş keşikçilərinə atəş açıb. Bundan sonra o, metro stansiyasına daxil olub və orada özünə atəş açaraq intihar edib.

Ağır güllə yaraları almış polis əməkdaşları xəstəxanaya çatdırılıb, lakin həkimlər onları xilas edə bilməyib.

Cinayətin səbəbləri barədə hələlik məlumat verilmir.
Şərhlər
Dünya bölməsinin xəbərləri