İsmayıllıda evdə baş verən yanğın nəticəsində 5 yaşlı qız yanaraq ölüb

İsmayıllı rayonunda dəhşətli yanğın
hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN)
İsmayıllı Dövlət Yanğından Mühafizə
Hissəsindən APA-ya
verilən məlumata görə, hadisə bu
gün saat 11:00 radələrində
İsmayıllının Kürdmaşı kəndində
qeydə alınıb. Kənd sakini Usubov
Mirzə Səlim oğluna məxsus evdə baş
verən yanğının söndürülməsi üçün
əraziyə İsmayıllı və Göyçay
yanğından mühafizə hissələrindən 3
maşın və canlı qüvvə cəlb olunub.
Hazırda yanğın davam edir və
yanğınsöndürənlər hadisə yerində
işləyirlər.
Məlumata görə, 4 otaqlı ev içindəki
əşyalarla birgə yanaraq yararsız hala
düşüb. Hadisə zamanı evdə olan 5
yaşlı Usubova Nuray Mirzə qızı
yanaraq dünyasını dəyişib.
Yanğının hansı səbəbdən baş verdiyi
hələ ki, məlum deyil. Faktla bağlı
araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri