Avstraliyada evlərin birində qətlə yetirilmiş 8 uşağın meyiti aşkarlanıb

Avstraliyanın Kerns
şəhərindəki evlərin birində qətlə
yetirilmiş 8 uşağın meyiti
aşkarlanıb.
APA-nın “RİA Novosti”-yə istinadən
verdiyi xəbərə görə, Mürrey strit
küşəsində yerləşən evdə
öldürülənlərin hamısı soyuq silahla
qətlə yetirilib. ABC telekanalı
öldürülən uşaqların 1,5 – 15
yaşlarında olduğunu bildirib. Qətlə
yetirilən uşaqların bacı-qardaş
olduğu qeyd olunub. Hadisə yerində
üzərində çoxsaylı bıçaq xəsarətləri
olan yaralı qadın aşkarlanıb. Qadın
dərhal xəstəxanaya çatdırılıb.
Polis hadisə yerinə yaralı qadının
zəngi əsasında saat 04.20-də cəlb
olunub. Ağır vəziyyətdə olmasına
baxmayaraq qadının artıq polisə
lazımi ifadə verdiyi qeyd olunur.
Şərhlər
Dünya bölməsinin xəbərləri