Sumqayıtda körpəsi oğurlanan ana ilə bağlı

Qadın övladını körpələr evinə verib
4 ay əvvəl Sumqayıtda 2 aylıq
körpəsinin oğurlanması hadisəsi
tanınan Aysel Əhmədova ilə bağlı
maraqlı məlumat yayılıb. Onun
övladlarından birini Sumqayıt
şəhərindəki 26 saylı körpələr evi-
uşaq bağçasına verdiyi bildirilir. APA
TV-nin əldə etdiyi məlumata görə, üç
uşağı olan Aysel Əhmədova böyük
övladını 3 ay əvvəl körpələr evinə
verib. Uşaq həftənin 5 günü bağçada
qalır, anası onu şənbə-bazar günləri
evinə aparır. Bildirilir ki, qadın
övladına qarşı laqeydlik edir, onunla
kobud danışır. Bağçada mehriban
münasibət görən uşaq anası ilə
qalmaq istəmir. Aysel Əhmədova
oğurlanan uşağını da körpələr evinə
vermək istəyib. Hətta onları sənədsiz
bağçada qoymağa cəhd edib.
Aysel Əhmədovanın özü ilə
görüşmək cəhdimiz baş tutmayıb.
Onun yaşadığı ünvanda heç kimi
tapmaq mümkün olmayıb. Aysel
Əhmədovanın işlədiyi mağazadan
bildirilib ki, o bir müddət əvvəl işdən
ayrılıb.
Telefon vasitəsilə əlaqə saxladığımız
Aysel Əhmədova əvvəlcə müsahibə
verəcəyini desə də, sonra fikrindən
daşınıb. O, bunu valideynlərinin
icazə verməməsi ilə əlaqələndirib.
Məlumat üçün bildirək ki, avqustun
13-də Sumqayıt sakini Aysel
Əhmədova polisə müraciət edərək,
tanımadığı qadının övladını
qaçırdığını bildirmişdi. Aysel
Əhmədovanın iddiasına görə,
uşağını parkda müvəqqəti saxlaması
üçün tanımadığı qadına verib.
Keçirilən əməliyyatla uşağı
oğurlamaqda təqsirləndirilən Xırda
Babayeva saxlanılmış, körpə anasına
qaytarılmışdı. O, övladının olmadığı
üçün bu addımı atdığını demişdi.
Qeyd edək ki, Xırda Babayeva
barəsində həbs-qətimkan tədbiri
seçilib. Hazırda cinayət işi üzrə
istintaq davam edir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri