Bakı-Quba yolunda yük avtomobili ilə minik maşını toqquşub, iki nəfər ölüb

Bakı-Quba
yolunda ağır yol
qəzası qeydə alınıb.
APA-nın Fövqəladə
Hallar Nazirliyinin
(FHN) saytına
istinadən verdiyi
məlumata görə, Bakı-Quba avtomobil yolunun 49-cu
km-də “İveco” markalı yük avtomobili ilə “Tofaş”
markalı minik avtomobili toqquşub.
FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb
olunub. Hadisə yerində əməliyyat şəraiti
qiymətləndirilərkən məlum olub ki, minik
avtomobilinin sürücüsü və sərnişini hadisə yerində
ölüb və avtomobildə sıxılmış vəziyyətdə qalıblar.
Xilasedicilər deformasiyaya uğramış avtomobildən
meyitləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Baş Dövlət Yol Polisi İdarəsindən isə APA-ya bildirilib ki,
yol qəzası Bakı-Quba yolunun 49-cu kilometrliyində
qeydə alınıb.
1987-ci il təvəllüdlü İntiqam Cəmşid oğlu Mehrəliyevin
idarə etdiyi “İveco” markalı yük avtomobili ilə 1980-ci il
təvəllüdlü Rahat Əmənulla oğlu Muradovun idarə etdiyi
“Tofaş” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində R. Muradov və sərnişini, 1985-ci il
təvəllüdlü Emil Tahir oğlu Əsgərov hadisə yerində
ölüblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma
aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri