Hadı Rəcəbli: "Surroqat ana məsələsi parlamentin gündəliyindən birdəfəlik çıxarılıb"

“Azərbaycanda
surroqat analığa icazə
verilməsi məsələsi
cəmiyyətdə qəbul
olunmadığına görə
parlamentin
gündəliyindən birdəfəlik çıxarıldı”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət
komitəsinin sədri Hadı Rəcəbli deyib.
H. Rəcəbli qeyd edib ki, bu məsələ mentalitet, o
cümlədən digər fəsadların baş verəcəyi baxımından
ictimaiyyətdə narazılıqla qarşılanıb: “Ona görə biz də
bu məsələni birdəfəlik gündəmdən çıxardıq və yaxın
gələcəkdə parlamentdə müzakirəyə çıxarmağımız
gözlənilmir”.
Qeyd edək ki, Azərbaycanda surroqat analığa icazə
verilməsi ilə bağlı məsələ uzun müddət parlamentin və
ictimaiyyətin müzakirə mövzusu olub.
Qafqaz Müsəlmanları İdarəsi də bir neçə dəfə bu
məsələyə etiraz edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri