“Azərreyl” voleybol klubu “Çelenc Cup”ın 1/8 mərhələsinə vəsiqə qazanıb

Ötən gün “Azərreyl” “Çelenc Cup”ın 1/16 final mərhələsinin cavab oyununa çıxıb.

APA-nın məlumatına görə, yarışdakı yeganə təmsilçimiz Bakıda 3:0 hesabı ilə məğlub etdiyi İsveçrənin “Könits” klubunun qonağı olub.

Berndə baş tutan matçda komandamız ciddi müqavimətlə üzləşib. Belə ki, təmsilçilərimiz ilk seti qazandıqdan sonra rəqib təşəbbüsü ələ alıb. Meydan sahibləri ardıcıl 3 seti xeyrinə tamamlayıb.

Cütün taleyinə isə “Qızıl set”də aydınlıq gəlib. Burada isə “Azərreyl” daha yaxşı oynayaraq, 1/8 finala yüksəlib.

17 dekabr
“Çelenc Cup”
1/16 final mərhələsi, cavab oyunu
“Könits” (İsveçrə) - “Azərreyl” (Azərbaycan) - 3:1 (17:25; 25:19; 25:18; 25:15)
"QIZIL SET" - 11:15
İlk oyun: “Azərreyl” (Azərbaycan) – “Könits” (İsveçrə) - 3:0 (25:18; 25:21; 25:21)
Şərhlər
İdman bölməsinin xəbərləri