Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 943 mln. manatı ötüb

Azərbaycandakı maliyyə-kredit təşkilatları tərəfindən yanvar-oktyabr ayları ərzində 17,8 mlrd. manat kredit verilib.

Dövlət Statistika Komitəsi tərəfindən APA-ya verilən məlumata görə, noyabrın ayının 1-nə verilən kreditlərin 79,2%-i uzunmüddətli olub.

Bununla yanaşı, hesabat dövründə verilən kreditlərdən 5,3%-i vaxtı keçmişlərin payına düşür. Beləliklə, cari ilin 10 ayı ərzində vaxtı keçmiş kreditlərin həcmi 943,4 mln. manat təşkil edir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri