Polis Türkiyənin “Zaman” qəzeti və “Saman yolu” televiziyasının rəhbərlərini saxlayıb

Polis Türkiyənin “Zaman” qəzeti və “Saman yolu” televiziyası (STV) ilə bağlı əməliyyata başlayıb.

APA-nın Türkiyənin rəsmi Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında "paralel yapı" əməliyyatı çərçivəsində aparılan istintaqla bağlı aralarında polis və media rəhbərlərinin də olduğu 8 nəfər saxlanılıb. Məlumata görə, bu istintaq çərçivəsində daha 30 nəfərin saxlanılması barədə qərar çıxarılıb.

Polis sabah saatlarında “Zaman” qəzetində əməliyyata başlayıb. Qəzetin baş redaktoru Əkrəm Dumanlı saxlanılıb, qəzetdə axtarış aparılıb.

STV-nin baş direktoru Hidayət Karaca da artıq saxlanılıb. Saxlanılanlar arasında bu kanalda yayınlanan “Tək Türkiyə” filminin ssenaristi Əli Kara və aktyor Haseki Eğitim də var.

İstintaq çərçivəsində “Əskişəhər”də STV-nin “Sungurlar” serialı üçün çəkilişlər edən rejissor Salih Asanla filmin direktoru Engin Koç, Vanda serial ssenaristi Makbule Çam Alemdağ, Ərzurumda adı açıqlanmayan bir polis məmurunun saxlanıldığı bəlli olub.

“Zaman” qəzetinin internet saytının verdiyi xəbərə görə, barəsində saxlanma qərarı çıxarılan şəxslərdən biri də “Bu gün” qəzetinin yazarı Nuh Gönültaşdır.

Saxlanılanların vəkillərinin bildirdiyinə görə, onlara qarşı "Türkiyə dövlətinin suverenliyini ələ keçirmək üçün təzyiq, qorxutma və təhdid formalarından istifadə edərək, təşkilatlanmaq, eyni zamanda iftira, şəxsi azadlığından məhrum etmə cəhdi və sənədlərin saxtalaşdırılması” iddiası irəli sürülüb.

Rəsmi Anadolu Agentliyi isə aparılan əməliyyatı “Tahşiyeciler” adlandırıb. Agentlik yazıb ki, saxlanılanlar 2009-cu ildə 'Tahşiyecilər' olarak bilinən qrupa qarşı hazırlanmış əməliyyatla bağlı “cinayət və dəlil uydurub”, “kumpas qurublar”.

Qeyd edək ki, hazırda əməliyyat keçirilən media qurumları ABŞ-da yaşayan "Fətullah Gülənin mediası" olaraq tanınır.
Şərhlər
Dünya bölməsinin xəbərləri