Bakının mərkəzində qadına qarşı alçaldıcı hərəkətlər

Ər küçənin ortasında həyat yoldaşına qarşı alçaldıcı hərəkətlər edib

Bakıda 26 yaşlı qadın küçənin ortasında həyat yoldaşının hücumuna məruz qalıb. Lent.az-ın məlumatına görə, olay dekabrın 12-də saat 9:45 radələrində Lermantov küçəsində baş verib. Həmin küçənin 40A ünvanının qarşısında 1984-cü il təvəllüdlü Məmmədov Ramil Adil oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Turanə Vaqif qızına bıçaqla xəsarətlər yetirib. 26 yaşlı T.Məmmədova sifətinin sol hissəsinin çoxsaylı kəsilmiş xəsarətləri ilə xəstəxanaya daxil olub.

30 yaşlı kişinin xanımının üzünə hansı səbəbdən “şram”lar atması məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, ictimai yerdə xanımına qarşı alçaldıcı hərəkətlər edən şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri