Misirdə iki gəminin toqquşması nəticəsində 11 balıqçı ölüb, 18 nəfər itkin düşüb

Misirdə balıqçı gəmisinin konteyner daşıyan gəmi ilə toqquşması nəticəsində 11 balıqçı ölüb, daha 18 nəfər itkin düşmüş sayılır.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident dekabrın 13-də Cənubi Sinay əyalətində baş verib. Süveyş kanalında baş verən toqquşma zamanı balıqçı gəmisində 40 nəfər olub. Onlardan 11 nəfər xilas ola bilib.

Xilas olanlar xəstəxanaya yerləşdirilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri