Qubada Rusiya vətəndaşları qəzaya düşüb, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Ötən gün axşam saatlarında Quba rayonunda qəzada ölən və yaralanan şəxslərin adları məlum olub.

Quba Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, qəzaya düşənlərin 6-sı Rusiya Federasiyası, Çeçenistan Respublikasının sakinləridir.

1978-ci il təvəllüdlü İsayeva Zaida Sedreddinoviç hadisə zamanı dünyasını dəyişib. Digər 5 nəfər – 23 yaşlı İsakova Larisa Aleksandrovna, 26 yaşlı Luisa Biddilova, 1972-ci il təvəllüdlü Manatarova Larisa Baxayevna, 1967-ci il təvəllüdlü Bustayeva Luiza Şaxayevna və Lorisa Bondora Aleksandrovna müxtəlf xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Digər xəsarət alan şəxs isə 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Süleymanov Kamil Gülrza oğludur.
“VAZ 2107”-nin sürücüsü Cəfərov Zümrəddin Minacəddin oğlu da hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

****

Bu gün axşam saatlarında ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya federasiyası dövlət sərhəddi yolunun Quba rayonu, Paşaoba kəndi ərazisində qeydə alınıb. 99 BA 788 dövlət nömrə qeydiyyatlı “Mersedes Vita” markalı avtomaşınla 10 DE 509 dövlət nömrə nişanlı “VAZ 2107” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri