Masallıda ər arvadın başını kəsərək öldürüb

Masallı rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gecə rayonun Bala Kolatan kəndində qeydə alınıb.

Kənd sakini 1988-ci il təvəllüdlü Namiq Məmmədov yaşadığı evdə həyat yoldaşı 1990-cı il təvəllüdlü Sevanə Əliyevanı boğaz nahiyəsini bıçaqla kəsərək qətlə yetirib.

N. Məmmədov rayonun hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cütlük altı ay öncə ailə həyatı qurub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri