Sumqayıtda minik avtomobili aşıb, ölən və xəsarət alanlar var

Sumqayıtda ağır yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 12-də saat 17 radələrində Sumqayıt şəhərində şəhər sakini Sahil Əmrəliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Onun sərnişinlərindən Xaçmaz şəhər sakini Tahirə Nəzirova hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri