Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası aviabiletlərin ucuzlaşmasını proqnozlaşdırır, AZAL məsələyə münasibət bildirib

Bakı. Aynur Əliyeva - APA-Economics. Neftin qiymətinin ardından aviabiletlərin də qiymətləri ucuzlaşacaq. Lakin bu proses sürətlə baş verməyəcək.

APA-nin bu barədə Beynəlxalq hava Nəqliyyatı Assosiasiyasının (IATA) yaydığı məlumatda deyilir.

IATA-nın hesablamalarına görə, aviaşirkətlər bu il sərnişin reysləri üçün yanacağa tətbiq edilən əlavə yığımı orta hesabla 5%, yük üçün 5,8% AZALdacaq. Bu isə daşınmaların həcminin artmasına təkan verəcək.

Assosiasiya aviaşirkətlərin 2014-cü il üçün gəlirləri üzrə proqnozunu 18 mlrd. dollardan 20 mlrd. dollara yüksəldib. Neftin ucuzlaşması səbəbindən gələn il üçün aviaşirkətlərin gəlirləri üzrə proqnoz 25 mlrd. dollar səviyyəsində proqnozlaşdırılır.

Aviabiletlərin ucuzlaşıb-ucuzlaşmayacağına “Azərbaycan hava Yolları” QSC-də münasibət açıqlayıb. Dövlət konserninin Mətbuat katibliyinin rəisi Məhərrəm Səfərli “APA-Economics”ə bildirib ki, hazırda bu məsələ nəzərdən keçirilmir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri