"Adelin Həyatı" filmi Kann festivalın "Qızıl palma budağı"nı alıb

"Adelin Həyatı" filmi Kann festivalın "Qızıl palma budağı"nı alıb Fransız rejissoru Əbdelətif Keşişin "Adelin Həyatı. Hissə 1 və 2" adlı filmi bazar günü axşam öz işini başa çatdırmış 66-cı Kann kinofestivalının əsas mükafatı "Qızıl palma budağı"nı alıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Bu il altmış altıncı Kann kinofestivalı mayın 15-dən 26-dək keçib. Əsas müsabiqədə 20 film iştirak edib.

Qalibləri Stiven Spilberqin sədrliyi ilə münsiflər heyəti seçib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57