Dövlət Komitəsi Bakıda məsciddə yanğının baş vermə səbəbini açıqladı

"Bu gecə 01:30-da 2 nəfər şəxs şüşə qaba yandırıcı maddə töküblər, sonra məscidin qapısını sındıraraq həmin şüşə qabı içəri atıblar". Bunu Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov deyib.

Onun sözlərinə görə, həmin şəxslər barəsində araşdırma aparılır: "Onları məscidə gətirən taksi sürücüsü saxlanılıb. Hazırda dindirilir. O, Gəncə şəhər sakinidir. Qaraçuxur qəsəbəsində yaşayır”.

S.Heydərov bildirib ki, Qaraxaçur məscidində şiələr də, sünnilər də həmişə rahat şəkildə ibadətlərini ediblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri