Bakının Xətai rayonunda torpaq sürüşməsi baş verib

Bakının Xətai rayonu Nobel prospekti 67/12 A ünvanında torpaq sürüşməsi qeydə alınıb.

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geologu Ələmdar Piriyev APA-ya açıqlamasında deyib ki, hadisə yerində araşdırma aparılıb və vəziyyət, geoloji şərait haqqında arayışlar hazırlanaraq müvafiq qurumlara təqdim edilib.
Ə.Priyüev deyib ki, həmin ünvanda Dilarə Rzayevaya məxsus fərdi yaşayış evindən 4-5 km aralıda, meylliyi 30-35 dərəcə olan yamacda uçqun-sürüşmə kütləsi müşahidə olunub. Onun sözlərinə görə, həmin ərazidə çirkab suları birbaşa yamaca axıdıldığından sürüşmə sahəsinə təsir göstərir. Ə.Piriyev qeyd edib ki, bu sahədə proses aktivləşərsə tikiliyə ciddi ziyan dəyə bilər: “Fərdi yaşayış evindən boru qoyulub və çirkab suları birbaşa binanın alt tərəfinə axıdılır. Sürüşmə də çirkab suyun təsirindən baş verib. Bunun qarşısı alınmasa sürüşmə sahəsi daha da genişlənə bilər. Prosesin qarşısının alınması orada yaşayan vətəndaşlardan da asılıdır. Çirkab suları həmin əraziyə buraxılmamalıdır ki, nəticədə çökmə, uçqun, sürüşmə hadisəsi baş verməsin”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri