Nazir: “Neftin ucuzlaşması Rusiya iqtisadiyyatına 90-100 mlrd. ziyan vurub”

Qərb ölkələrinin sanksiyalarına görə Rusiya iqtisadiyyatı ildə 40 mlrd. ABŞ dolları, neftin ucuzlaşmasına görə, 90-100 mlrd. dollar itirir.

APA-nin “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

Nazirin hesablamalarına görə, cari il üzrə ölkədən kapital axınının həcmi 130 mlrd. dollar, yəni əvvəlki səviyyədə qalır.

“Neftin qiyməti ilin əvvəli ilə müqayisədə 30% enib. Bununla yanaşı, rublun məzənnəsi həmin səviyyədə, yəni 30% zəifləyib. Mənə çox vaxt rublun məzənnəsi ilə bağlı suallar verirlər. Mən isə cavabında deyirəm: neftin qiymətlərinə diqqətlə baxın, onlar özünü necə aparsa, rublun məzənnəsi də özünü o cür aparacaq”, - deyə A. Siluanov qeyd edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri