Qəbələdə qətl törədənlər maskalı olublar

Daxili İşlər Nazirliyi (DİN) Qəbələdə baş verən qətllə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-də Qəbələ şəhərində şəhər sakini Vahid Vahabovun yaşadığı evə girmiş 4 maskalı şəxs pul verməsini tələb edib, istədiklərinə nail olmadıqda ov tüfəngindən atəş açaraq onu qətlə yetirib hadisə yerini tərk ediblər.

Qəbələ Rayon Polis Şöbəsinin tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri