Qubada “Şəngülüm, Şüngülüm” tamaşası nümayiş olunacaq

Qubada “Şəngülüm, Şüngülüm” tamaşası nümayiş olunacaq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Qubada tamaşa göstərəcək.


Bu barədə APA-ya teatrın direktoru Rəşad Əhmədzadə məlumat verib. Onun sözlərinə görə, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı təşkil olunan səfərdə əməkdar incəsənət xadimi Rəhman Rəhmanovun iştirakı ilə “Şəngülüm, Şüngülüm” tamaşası nümayiş olunacaq.


Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı isə Lətifə Quluzadədir.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57