"Total" Xəzərdəki problemləri açıqladı

"Total" Xəzərdəki problemləri açıqladı Üzən qazma qurğularının çatışmazlığı Xəzərdəki işlər üçün çətinlik yaradır. Trend xəbər verir ki, bunu cümə günü Bakıda "Neft-qaz həftəsi - 2014" konfransında Fransanın "Total" şirkətinin inkişaf üzrə meneceri Erik Mayer bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın "Abşeron" qaz-kondensat yatağının operatoru olan "Total" qazma qurğularının olmaması probleminin həllinin müxtəlif variantlarını nəzərdən keçirir.

E.Mayerin fikrincə, Xəzərdə digər problem onun akvatoriyasına iri gəmilərin daxil olması və Volqa-Don kanalına keçidlə bağlı çətinlikdir.

Menecer bildirib ki, bütün bunların hamısı nəticədə bazarda çoxlu sayda podratçı şirkətlərin iştirak imkanlarını əngəlləyir ki, bu da o cümlədən “Total”ın iştirakı ilə reallaşdırılan iri layihələrin dəyərinə təsir edir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri