Bakıda xilsedicilər özünü asan şəxsi xilas ediblər

Bakının Binəqədi rayonunda intihara cəhd olub.

APA-nın məlumatına görə, Hüseynov Elnur Rizvan oğlu "Baksol" adlanan əraziyə gedən yolun kənarındakı qüllədən özünü asıb. Lakin onun ayağı qüllənin pilləkənlərinə ilişib və orada köməksiz vəziyyətdə qalıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə məlumat verilib. Dərhal hadisə yerinə FHH-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Xilasedicilər 1984-cü il təvəllüdlü Elnur Hüseynovu xilas edərək, qüllədən endiriblər. Boğulma əlamətləri olan şəxs hazırda təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılır.
 
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri