ABŞ hökuməti neftin qiymətinin 50 dollaradək düşəcəyini proqnozlaşdırır

ABŞ hökuməti neftin bir barelinin 50 dollara düşəcəyini gözləyir.

“APA-nin Rusiyanın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Enerji İdarəsinin rəhbəri Adam Seminski bildirib.
 
A. Seminski bildirib ki, neftin “50 dollara düşməsi tam mümkündür”.
 
“Hazırda bir çox analitiklər gözləyir ki, 2015-ci ildə WTI markalı neftin bir bareli 62 dollara düşəcək. Vaxt var idi ki, neftin qiyməti 150 dollar idi, onu dəyəri 25-30 dollara düşüb. Neftin qiyməti 150 dollar olan vaxtlar bir çoxları düşünürdülər ki, bu qiymət 200 dollara çatacaq. Ancaq mən buna heç zaman inanmamışam”.
 
A. Seminskinin sözlərinə görə, neftin bir barelinin qiyməti 60 dollara düşsə, bu halda ABŞ şist qazının hasilatını dayandıracaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri