Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yeni baş direktor təyin edilib

Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baş direktor təyin edilib.
 
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Taleh Məhəmməd oğlu Ziyadov təyin olunub.
 
Dövlət başçısının digər sərəncamı ilə Elçin İsmayıl oğlu Mirzəyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru vəzifəsindən azad edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri