Şirvanda 80 yaşlı qadının meyiti tapılıb

Şirvan şəhərində qadın meyiti tapılıb.

APA-nın məlumatına görə, Heydər Əliyev prospekti, 46 ünvanında qeydiyyatda olan 80 yaşlı Osmanova Xalidə Mahmud qızının meyiti Şirvan şəhərinin “Bağ evləri” ərazisində tapılıb.

Qadının baş və qol nayihəsində zorakılıq əlamətləri aşkar edilib. Mərhum Şirvan şəhəri 10 saylı məktəbdə müəllimə kimi çalışıb və iki il bundan əvvəl təqaüdə çıxıb. Faktla bağlı Şirvan şəhər Prokurorluğu araşdırma aparır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri