Azərbaycan MN: Cəbhə bölgəsində düşmən helikopteri məhv edilib

Azərbaycan MN: Cəbhə bölgəsində düşmən helikopteri məhv edilib Bu gün Azərbaycan tərəfi Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopterini vurub.

Live.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, düşmən hərbi aviasiyası açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

İndiyədək Ermənistan Respublikası Silahlı Qüvvələrində cəmi 12 Mi-24 tipli helikopter olub. Mi-24 tipli vertolyota hərəkətli pulemyot quraşdırılıb. Pulemyot 900 patron tutumuna malikdir. Hərbi texnikada həmçinin tank əlehinə kompleks mövcuddur. Helikopterin sükan vinti isə sağda yerləşir.

Sözügedən helikopterin texniki göstəricilərini sizə təqdim edirik:

Heyət: 2-3 nəfər
Sərnişin: 8 desan, 2 xərəkdə yaralı və 2 tibb işçisi
Kreyser sürəti: 270 km/s
Maksimal sürəti üfüqi uçuş: 335 km/s
Uçuş məsafəsi: 450 km
Orta yanacaq sərfi: 1 saata 780 litr

_________________________



Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.

Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.




_________



Düşmən Hərbi Hava Qüvvələrinə məxsus helikopter vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.

“Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib.

Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb”, - deyə MN-in məlumatında bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri