Ağcabədidə yaşayış evində partlayış baş verib, 3 nəfər xəsarət alıb

Ağcabədidə yaşayış evində partlayış baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, partlayış rayonun Salmanbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evdə məişət qazının sızması nəticəsində partlayış baş verib. Nəticədə otağın divarlarında çatlar əmələ gəlib və pəncərə şüşələri sınıb. Partlayış zamanı 3 nəfər xəsarət alıb və təcili tibbi yardım xidməti tərəfindən Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb.

Yanğın hadisəsi baş verməyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri