Macarıstanın “WizzAir” aviaşirkəti qış mövsümündə Azərbaycana uçuşları həyata keçirməkdən imtina edib

Macarıstanın “WizzAir” şirkəti Bakı-Budapeşt marşrutu üzrə uçuşları bu il bərpa etməkdən imtina edib.

Bunu APA-ya “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli bildirib.

M. Səfərli əlavə edib ki, “WizzAir” bu qış mövsümü uçuşlarını yerinə yetirməyəcək.

“Lakin gələn ilin martın 27-dən oktyabrın əvvəlinə kimi həftədə 2 dəfə uçacaqlar”, - deyə M. Səfərli qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri