Bakıda dənizdən çürümüş kişi meyiti tapılıb

Bakıda dənizdən meyit tapılıb.

Bu barədə APA-ya Pirallahı Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, Cilov adası sahilində tapılan kişi meyiti çürümüş vəziyyətdə olub, üzərində xəsarətlər aşkarlanmayıb.

Hazırda polis ölən şəxsin kimliyini araşdırır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri