“MasterCard” beynəlxalq ödəniş sistemi saytında Azərbaycanın işğal altında olan rayonlarını Ermənistan ərazisi kimi təqdim edib

“MasterCard” beynəlxalq ödəniş sistemi öz rəsmi saytında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisini Ermənistanın tərkib hissəsi kimi göstərib.

APA xəbər verir ki, “MasterCard”ın saytında “Ermənistan” bölməsində “ATM Locator” (ATM-lərin yerləşməsi) üzrə axtarış verərkən şəhərlər arasında “Stepanakert” (Xankəndi), “Shushi” (Şuşa) və s. rast gəlmək olar.

Qeyd olunan ərazilərdə “MasterCard”ın xidmətlərindən istifadə etmək mümkündür.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri