Astara sakinlərindən silah və küllü miqdarda narkotik götürülüb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi, Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz olaraq odlu silah və onun ə olan “Anfetamin”, eyni zamanda Astara rayonunun Ərçivan və Şahağacı kənd sakinləri Ələddin Aydın oğlu Məmmədovdan, İqrar Nəriman oğlu Mirzəyevdən, Akif Boyli oğlu Nuriyevdən, Rəvan Allahverdi oğlu Rüstəmovdan, Abuzər Xandadaş oğlu Əhədovdan müxtəlif növdə və müxtəlif miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb.
 
Eyni zamanda onlarda 460 qram həşiş qətranı, bir ədəd maska aşkarlanıb.
 
Adları göstərilənlər şübhəli  şəxs qismində saxlanılıblar.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri