Ukrayna 14 rusiyalı artisti “persona non-qrata” elan edib

Ukrayna 14 rusiyalı artisti “qara siyahı”ya daxil edib.

APA-nın məlumatına görə, onlar Ukrayna əleyhinə mövqe nümayiş etdirdiyinə görə “persona non-qrata” elan ediliblər.
 
Ukraynanın mədəniyyət naziri Evgeniy Nişuk siyahının  beynəlxalq normalara uyğun olaraq açıqlanmayacağını bildirib. Onun sözlərinə görə, siyahıya daxil edilən şəxslər statusları barədə  sərhədi keçməyə cəhd etdikdə məlumatlandırılacaqlar.
 
“BBC”-nin məlumatına görə, “qara siyahı”ya, həmçinin,  müğənni İosif Kobzon, aktyor İvan Oxlobıstin və satirik Mixail Zadornov daxil edilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri