Bakıda qohumlar bir-birini bıçaqlayıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Süleyman Vəzirov küçəsi-25 ünvanında qeydə alınıb.
 
Dəvəçi rayon sakinləri, 1993-cü il təvəllüdlü Səxavət Teyyub oğlu Nurəddinov və 1992-ci il təvəllüdlü qardaşı Əfrail həmyerliləri - 1989-cu il təvəllüdlü Təhməz Etibar oğlu Məcidovu və 1992-ci il təvəllüdlü Sevdi Asif oğlu Camayevi aralarında yaranan münaqişə zəmində bıçaqlayıb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törədən qardaşlar həbs olunub.
 
Polisdən həmçinin bildirilib ki, bıçaqlananlar dostdur və hadisədə iştirak edən şəxslər qohumdurlar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri