Azərbaycan Mərkəzi Bankı yeni ipoteka strategiyası hazırlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni ipoteka strategiyası hazırlayıb.

APA xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmovun sözlərinə görə, strategiya artıq hökumətə təqdim olunub.

“Hazırda hökumətdə çoxtərəfli müzakirələr gedir. Maraqlı strategiyadır. Təbii ki, orada çoxlu problemli məsələlər var. Hökumət daxilində bu məsələlər müzakirə edilir”, - deyə AMB sədri vurğulayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri