Ağcabədidə toy mərasimi yasa çevrilib

Bu gün axşam saatlarında Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.

APA-nın verdiyi məlumata görə, rayonun Hindarx kəndində toy mərasimi yas mərasiminə çevrilib. Belə ki, kənd sakini, 32 yaşlı Məmmədov Niyaməddin Nahid oğlu öz toyunda oynayan zaman səhhəti qəfil pisləşib. Dərhal xəstəxanaya aparılan N. Məmmədov yolda keçinib. N. Məmmədovun yaxınları əvvələr onun səhhətində heç bir problemin olmadığını bildiriblər.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri