Gəncədə məcburi köçkünlərin yataqxanasında yanğın baş verib

Gəncə şəhərində 3 saylı Peşə liseyinin yataqxanasında yanğın baş verib.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Nizami prospekti ilə Xətai prospektinin kəsişməsində yerləşən 5 mərtəbəli yataqxananın dam örtüyündə başlayan şiddətli yanğını FHN-nin yanğınsöndürən briqadası söndürməyə çalışır.

Hələ ki, alovu ram etmək mümkün olmayıb.

Qeyd edək ki, həmin binada məcburi köçkünlər məskunlaşıb.

Hazırda sakinlər hadisə yerindən evakuasiya olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri