Sumqayıtda kişi qeyri-rəsmi nikahda olduğu qadının yaşadığı vaqonu yandırıb

Sumqayıt şəhərində keçmiş məhkum qısqanclıqdan yanğın törədib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 19 radələrində Sumqayıt şəhərinin Stansiya Sumqayıt qəsəbə sakini, əvvəllər məhkum olunmuş İsmayıl Əliverdiyev qısqanclıq zəminində onunla bir evdə yaşayan qeyri-rəsmi nikah münasibətlərində olduğu Mehparə Quliyevaya məxsus vaqonu qəsədən yandırıb. Nəticədə vaqon və oradakı əşyalar yanıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri