Bakı-Nyu York-Bakı aviareysinin sayı artırılır

Bakı-Nyu York-Bakı aviareysinin sayı artırılır “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Nyu York-Bakı istiqamətindəki müntəzəm uçuşlarının sayını artırır.

AZAL-dan APA-ya daxil olan məlumata görə, dekabrın 8-dən etibarən uçuşlar həftənin bazar ertəsi günləri də yerinə yetiriləcək.

Qeyd edək ki, hazırda Nyu York şəhərinin Kennedi hava limanına reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetirilir. Bakıdan uçuş yerli vaxtla saat 06:00-da, Nyu Yorkda enmə isə yerli vaxtla saat 09:30-da həyata keçilir.

Əks-istiqamətdə uçuşlar həftənin eyni günlərində saat 11:30-da həyata keçirilir, Bakıda enmə isə növbəti gün saat 08:00-da baş tutur.

Reyslər uzaqməsafəli istiqamətlərdə uçuşlar üçün nəzərdə tutulmuş “Airbus-A 340” tipli hava gəmilərində yerinə yetirilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri