Ötən gün Bakıda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində ölənlərin adı məlum olub

Qaradağ rayonunda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən  APA-ya verilən məlumata görə, Bakı-Qazax yolunun 19-cu kilometrliyində 1973-cü il təvəllüdlü  Rafiq Kamran oğlu Səfərəliyevin idarə etdiyi mikroavtobusla, 1954-cü il təvəllüdlü Ələddin Şamil oğlu Allahverdiyevin idarə etdiyi yük avtomobili toqquşub.
 
Qəza zamanı mikroavtobusda olan sərnişinlər - 2009-cu il təvəllüdlü Ağgül Tural qızı Ərşadlı və 1997-ci il təvəllüdlü Veys Abdulla oğluı Abdullayev hadisə yerində ölüblər.
 
Baş verən qəza ilə bağlı 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarını pozma , iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
 
Qəzada xəsarət alan 14 nəfər isə KliniK Tibbi Mərkəzə (KTM) yerləşdirilib. 
Şərhlər
Hadisə bölməsinin xəbərləri