"Total"a yeni direktor təyin edilib

Patrik Puyanne Fransanın "Total" neft-qaz korporasiyasına yeni direktor təyin edilib. P.Puyanne bunadək şirkətin Neft emalı və neft kimyası şöbəsinin müdiri olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tyerri Demare isə şirkətin prezidenti seçilib.

Qeyd edək ki, çərşənbə axşamına keçən gecə "Vnukovo" aeroportunda "Total" neft şirkətinin prezidentinin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə uçuş-enmə zolağına düşərək yanıb. Hadisədə dörd nəfər - şirkətin prezidenti Kristof dö Marjeri, pilotlar və stüardessa həlak olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri