"Qarabağ"ı 700 milis qoruyacaq

UEFA Avropa Liqası çərçivəsində "Dnepr" (Dnepropetrovsk) və "Qarabağ" (Ağdam) klubları arasında keçiriləcək oyunda asayişi təxminən 700 hüquq-mühafizə işçisi qoruyacaq.

Trend-in Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, matç bu gün Kiyevdə yerli vaxtla saat 22:00-da "Olimpiysk" stadionunda baş tutacaq.

Kiyevin hüquq-mühafizə işçiləri azarkeşləri bir-birilərinə qarşı dözümlü olmağa, ictimai asayişi pozmamağa və asayişi qorumaqda milis işçilərinə yardım etməyə çağırıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri