Bakıda küçəyə atılmış yeni doğulan körpə ölüb

Bakıda körpələr evində ölüm hadisəsi baş verib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün paytaxtın Ənvər Qasımzadə küçəsi, 72 ünvanında yerləşən 1 saylı Körpələr Evində qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan şəxs yenicə doğulmuş körpəni küçəyə qoyaraq gedib. Yeni doğulan uşaq Körpələr Evinin əməkdaşları tərəfindən küçədən götürülüb, lakin bir neçə saatdan uşaq dünyasını dəyişib.

Polisdən həmçinin bildirilib ki, körpə yarımçıq dünyaya gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri