Beyləqanda iki bacını maşın vurub, onlardan biri ölüb

Beyləqanda iki bacını maşın vurub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 20-də saat 20 radələrində Beyləqan şəhərində qeydə alınıb.
 
Şəhər sakini İlkin Zülfüqarov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmyerliləri İltimas Məmmədova və onun bacısı Elzanı vurub. İ. Məmmədova hadisə yerində ölüb, bacısı isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 
Şərhlər
Hadisə bölməsinin xəbərləri