Bakıda musiqiçinin evinə basqın: 50 min avro aparılıb

Külli miqdarda pul oğurlamış şəxslər axtarılır

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. ANS-in Lentaz-a istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, mənzil 16-da baş verib.

Paytaxt sakini, 1978-ci il təvəllüdlü İgidov Emil Vaqif oğlu polisə müraciət edərək bildirib ki, həyat yoldaşının adına qeydiyyatda olan evə naməlum şəxs və ya şəxslər soxulub. Evdən ümumilikdə 50 min avro pul oğurlanıb.

Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, zərərçəkən şəxs musiqiçidir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri