Bakıda kran yük qaldıran zaman aşıb, sürücü xəsarət alıb

Ötən gün axşam saatlarında şəhəri Bakının Qaradağ rayonunda “Liebherr-HS” markalı kran yük qaldıran zaman aşıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, kranı idarə edən sürücü kabinə hissədə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü kabinədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri