Vətəndaşların 78 min manatını mənimsəyən qadın haqqında cinayət işi başlanıb

Vətəndaşların 78 min manat pulunu mənimsəyən qadın barəsində cinayət işi başlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabr ayının 1-dən 15-dək olan müddətdə Cəlilabad şəhər sakini Məlahət Kərimova rayon sakinləri A. Quliyevin, Q. Quliyevin, Ə. Bayramovun, R. Quliyevin və Q. Quliyevanın etimadlarını qazanıb, müvafiq olaraq onlardan 3000, 10000, 25000, 12000 və 28000 manat pul alıb.

Faktla əlaqədar Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri