FHN Hacıqabulda ər və arvadın bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonunda ər-arvadın bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonu, Pirsaat qəsəbəsində vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin üzərinə yüksək gərginlikli elektrik xəttinin düşməsi nəticəsində yanğın hadisəsi baş verib. Nəticədə avtomobilin yanar hissələri yanmış və avtomobildə olan sürücü 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu və sərnişin 1960-cı il təvəllüdlü Abdullayeva Seyranə Əli qızı yanıq xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri