Hacıqabulda elektrik naqilin avtomobilin üzərinə düşməsi nəticəsində ər-arvad ölüb

Hacıqabulda elektrik naqilin avtomobilin üzərinə düşməsi nəticəsində ər-arvad ölüb Hacıqabul rayonunda ər-arvad bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın verdiyi məlumata görə, Pirsaat qəsəbəsi ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq 50 BE 777 dövlət qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobilin üstünə düşüb. Avtomobilin sürücüsü 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu avtomobildən düşüb naqili kənara çəkərkən cərəyan onu vurub öldürüb. Bu zaman cərəyan maşında olan sürücünün yoldaşı 1960-cı il təvəllüdlü Seyranə Abdullayevanı da vurub və avtomobildə yanğın başlayıb. Nəticədə, qadın avtomobildə yanaraq ölüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsönsürənləri yanğını söndürüblər və ərazidə təhlükəsizlik tədbirləri görüblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri