"Sürü psixologiyası" 150 qoyunun ölümünə səbəb oldu

Türkiyənin Karaman vilayətində “Sürü psixologiyası” 150 qoyunun ölümünə səbəb oldu. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.
Məlumata əsasən, vilayətin dağlıq ərazilərində otlayan sürüdəki qoyunlardan biri 50 metrlik dağdan atlandıqdan sonra arxasınca 200 qoyun da dağdan atılıb.
Nəticədə sürüdə olan 150 qoyun tələf olub. Yalnız 10 qoyunun dağdan atlamasının qarşısı alınıb. 40 qoyun isə yaralanıb.
Şərhlər
Maraqlı bölməsinin xəbərləri